Həyat yoldaşı getdi, futbolçu öldü
11.01.2011 - 14:10
Həyat yoldaşı getdi, futbolçu öldü
İngiltərə çempionatının IV divizionunda çıxış edən “Makklesfild Taun” klubu faciə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, komandanın 29 yaşlı futbolçusu Riçard Batçer vəfat edib. 10 ay əvvəl digər futbolçusu Keyt Aleksandrın ölümünə üzülən klub rəsmiləri qısa müddətdə ikinci dəfə şok yaşayıb.

Batçerin ölümünün detalları açıqlanmasa da məlum olub ki, o gecə ev tək olarkən dünyasını dəyişib. Həyat yoldaşı həmin gecə harasa gedib onu tək qoyubmuş.