MOİK üçün rəqib tapıldı
11.01.2011 - 14:47
MOİK üçün rəqib tapıldı
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Sissi Raytın yetirmələri MOİK-in nəzdində 1997-1998-ci il təvəllüdlü oğlanlardan təşkil olunmuş komanda ilə yoldaşlıq oyunu keçirəcək. Sabah keçiriləcək matç Şağan Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq. Qarşılaşma saat 16:00-da başlayacaq.

Mənbə: affa.az