“Neftçi”də 2 yeni ad
11.01.2011 - 15:08
“Qış fasiləsindən ən yaxşı şəkildə yararlanmaq fikrindəyik. Artıq Antalyada hazırlıqlara başlamışıq. Zədəli olan Flavinyo da komandaya qoşulub”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
41 yaşlı mütəxəssis klubun rəsmi internet saytına verdiyi açıqlamada Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı haqqında fikirlərini bildirib: “Hələ ki o yalnız yüngül qaçışla kifayətlənir. Həkimlərimizin müayinəsindən sonra braziliyalı futbolçunun nə vaxt topla çalışmalara keçə biləcəyini müəyyən edəcəyik. Təlim-məşq toplanışına əvəzedici heyətin iki üzvünü - Əyyub Əliyev və Elton Yaqublunu cəlb etmişik. Paulius Qribauskas isə əməliyyatdan sonra müalicəsini vətənində davam etdirir. Ümid edirəm ki, o, Antalyada keçirəcəyimiz hazırlığın ikinci mərhələsinə qatıla biləcək. Biz burada Premyer Liqanın növbəti oyunlarına ən yaxşı formada hazırlaşıb, liderliyimizi davam etdirmək istəyirik”.
Əsədov yoldaşlıq oyunu keçirmək baxımından rəqib sarıdan problemin olmadığını da bildirib: "Neftçi"nin lider olmasında klubun prezidentindən tutmuş sıravi işçisinə qədər hər kəsin əməyi var. Biz də məşqçilər korpusu olaraq, bizə göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik. Flaqmana Türkiyədə böyük maraq var. Bir çox komandalar hazırlıq oyunu keçirmək üçün bizə müraciət edir. Hazırda bütün gücümüzü koordinasiya və fiziki hazırlığın yüksəldilməsinə yönəltmişik".

0
0