“Bakı”ya qayıtmağı Norveçdə oynamaqdan üstün tutdum”
11.01.2011 - 15:34
“Ötən yay “Bakı”dan gedəndən sonra klubsuz qalmadım. Son yarım ili Norveçin yüksək liqasında keçirdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubuna qayıdan serbiyalı futbolçu Stevan Bates deyib. “Bakı”nın 2009-cu ilin yayında transfer etdiyi müdafiəçi bir ildən sonra komandanın sıralarını tərk etdi.
Ezam olunduğum Türkiyənin Antalya şəhərinə səfər edərkən, Bakıda hava limanında tanış sima diqqətimi çəkdi. Bəli, bu, Bates idi və onu paytaxtımızda görmək qayıdışı ehtimalını göz önünə gətirirdi. Serbiyalı düz fikirləşdiyimizi təsdiqlədi: “Bu, həqiqətən belədir. Mən “Bakı”ya qayıtmışam və yaxın keçmişdə oynadığım klubla 2,5 illik müqavilə bağladım. “Bakı” mənim üçün karyeramda xüsusi yeri olan doğma komandadır. Klubun rəhbərliyinin, prezident Hafiz Məmmədov, vitse-prezident Zeynal Məmmədovun mənə yaxşılıqları çox olub və onlardan razıyam. Mən son 6 ayı Norveçin “Tromse” klubunda idim. Ancaq onlarla müqaviləmin müddətli qısa olduğundan, bitdi. Mən “Bakı”da qalmaq istərdim. Sadəcə, həmin vaxt bəzi problemlər üzündən gedəsi oldun. Bura ailə məsələləri daxil idi. Əlaqədə olduğum “Bakı”nın rəhbərliyindən gələn təklifi müsbət dəyərləndirdim. Mən “Bakı”ya qayıtmağı Norveçdə oynamaqdan üstün tutdum”.
Stevan “Neftçi” və “Xəzər Lənkəran” klublarının yollandığı Bakı – İstanbul hava reysində yer almaqla, onlara yol yoldaşı oldu. O, “Bakı”ya Türkiyədə qoşulacaq: “Bura müqavilə bağlamaq üçün gəldim. Serbiyaya qayıdıb, yanvarın 15-də Türkiyədə gedəcəyəm. Həmin vaxt “Bakı”nın Antalyada 15 günlük təlim-məşq toplanışı başlayacaq və orada iştirak edəcəyəm. Komandamdan gedəndən sonra oyununu görməsəm də, internetdən məlumatım var. Bilirəm ki, çempionatda 7-ci yerdədirlər və “altılığ”a düşməyə çalışırlar. Ölkə kubokunda da mübarizəni davam etdirmələrindən xəbərdaram. İnanıram ki, yenə çempionatda və kubokda uğurlu çıxış edib, mükafat qazanarıq. “Bakı” ilə ardıcıl iki il buna nail olmaq istərdim”.
Qeyd edək ki, Bates “Bakı” ilə ötən mövsüm çempionatın gümüş medalını və ölkə kubokunu qazanıb.
Mehman SÜLEYMANOV

0
0