“Hər şey “Villem II” ilə oyunda həll olunacaq”
11.01.2011 - 15:37
“Almaniyanın “Verder” klubu ilə qarşılaşmada 25 dəqiqə meydanda oldum. Mən meydana daxil olanda hesab artıq 3:0 idi”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib.
Türkiyənin “Əskişəhərspor” klubunda çıxış edən 29 yaşlı müdafiəçi qış təlim-məşq toplanışında baş tutan Almaniya “Verder”i ilə oyundakı qələbəni dəyərləndirib. Rəşadın sözlərinə görə 3:1 hesablı qələbə tam oyuna görə olub: “Bu oyunda komandamız çox yaxşı oynadı. Matç boyu Bundesliqa təmsilçisindən yaxşı oyun göstərdik. Bu da nəticədə əks olundu”.
Komandasının keçirdiyi hər 2 yoxlama matçında şans qazanan müdafiəçi ötən ilin son matçlarında əsas heyətdə itirdiyi yerini qaytarmaq haqda danışmağın tez olduğunu düşünür: “İki oyuna əsasən heyətdəki yerimi qaytarıb-qaytarmamağım haqda nə isə demək çətindir. Hələ bu haqda danışmaq da tezdir. Hər şey sonuncu yoxlama matçında həll olunacaq. Yanvarın 14-də Hollandiyanın “Villem II” klubu ilə qarşılaşacağıq. Bu, çempionat matçı ərəfəsində son oyunumuz olduğundan həmin qarşılaşmada meydana çıxacaq heyət böyük ehtimalla Superliqada da oynayacaq. Villem II“yə qədər isə “Şalke” ilə görüşəcəyik. Almaniyalılarla sabahkı matçda oynayıb-oynamayacağım isə hələ bilinmir. Çünki matçın heyəti müəyyənləşməyib”.

0
0