Nihatı necə təəccübləndirdik: Durun, əlimdən öpün!
11.01.2011 - 16:11
“Xəzər Lənkəran” klubunun Antalya toplanışında yerləşdiyi oteldə Türkiyənin də 3 futbol klubu məskən salıb. Apasport.az saytının xəbərinə görə, bunlar “Trabzonspor”, “Beşiktaş” və “Qaziantepspor” komandalarıdır.
Tez-tez otelin foyesində rastlaşdığımız həmin klubların futbolçuları ilə bəzən ünsiyyət qurmaq imkanımız olur. Məhz belə qısa görüşlərin biri “Beşiktaş” və Türkiyə millisinin hücumçusu Nihat Kahveçi ilə baş tutdu.
Nihatla görüşdə həmkarım Hüseyn Cəbrayıloğlunun onun və digər komanda yoldaşlarının karyeraları, son matçlardakı çıxışları barədə müfəssəl məlumatı olması ilə qardaş ölkə futbolçularını xeyli təəccübləndirdi.
Xüsusilə, İspaniyanın “Real Sosyedad” klubundakı çıxışı zamanı yaddaqalan epizodları danışarkən, Nihat bundan çox məmnun qaldı və zarafatla ətrafındakı yoldaşlarına “Ulan, görmüyormusunuz, məndən nələr söyluyor. Durun, əlimdən öpün!” dedi.

0
0