“Turan” 2 futbolçu ilə anlaşdı - FOTO
11.01.2011 - 16:20
Məşqlərini gündə iki dəfə olmaqla davam etdirən “Turan” heyətini gücləndirməyə çalışır. Apasport.az saytının xəbərinə görə, Tovuz təmsilçisi baxışa dəvət etdiyi futbolçulardan artıq ikisi ilə anlaşıb.
Ampluası sol cinah müdafiəçisi olan Oleq Qvelesiani Tiflis “Dinamo”sundan, Georgi Beriaşvili isə Rustavi “Olimpi”sindən gəlib. 31 yaşlı Qvelesiani və 24 yaşlı Beriaşvili ilə ilyarımlıq anlaşma imzalanıb.
“Turan”a keçidi barədə fikirni açıqlayan Qvelesiani keçiddən məmnun olduğunu deyib: “Təbii ki, klubun şəraiti məni qane edib. Buna görə də “Turan”la müqavilə imzalamışam. Heyətdə əsasən gənclər yer alıb. Onların yanında təcrübəli futbolçuya ehtiyac var. “Turan”ın Premyer Liqada qalmaq uğrunda oynamasından xəbərim var. Təcrübəli oyunçu kimi, əlimdən gələni edəcəm. Komandada yalqız deyiləm. Həmyerlilərim Georgi Çediya, Şalva Pirtsxalava da bu komandanın üzvləridir. Maraqlı oyunlar keçirəcəyimizə inanıram”.

0
0