Amit Quluzadə türkiyəlilərin diqqət mərkəzində
11.01.2011 - 16:38
Amit Quluzadə türkiyəlilərin diqqət mərkəzində
Bakının “Neftçi” klubu Türkiyədə diqqət mərkəzindədir. Apasport.az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, hazırlıq məqsədilə Antalya şəhərinin “Titanik” otelində məskunlaşan komandanın və millimizin gənc futbolçusu Amit Quluzadə türk həmkarlarımızın maraq dairəsindədir. Konkret olaraq məşhur “NTV Spor” telekanalının əməkdaşlaRI “Fənərbaxça” klubunun birbaşa müqavilə bağlamaq istədiyi Amitlə bağlı reportaj hazırlamaq, ondan müsahibə götürmək üçün “Neftçi”yə müraciət edib.

Yetirməsi olduğu komandada hazırlığını davam etdirən 18 yaşlı yarımmüdafiəçi “Fənər”lə danışıqların müsbət yekunlaşmasının intizarındadır. “Neftçi” Türkiyədə olmasından istifadə edərək, elə qardaş ölkədə keçidin rəsmiləşməsi ilə bağlı qarşı tərəfin yolunu gözləyir. Paytaxt təmsilçisinin prezidenti Sadıq Sadıqovun yanvarın 20-dək davam edəcək ilk-təlim məşq toplanışına gələcəyi gözlənilir.

Mehman SÜLEYMANOV