“Gəncə” iranlı futbolçunu sınayır
11.01.2011 - 17:30
“Gəncə” iranlı futbolçunu sınayır
Mövsümə yaxşı başlamasına baxmayaraq, uğurlu seriyanı sona qədər davam etdirə bilməyən və fasiləyə 8-ci pillədə yollanan “Gəncə” heyətində dəyişikliklər etməyə çalışır. Apasport.az saytının xəbərinə görə, bəzi futbolçularla yollarını ayıran əyalət təmsilçisi gedənlərin yeri doldurmaq üçün baxışa yenilərini dəvət edib.

Artıq onlardan üçü komandanın məşq prosesində iştirak edir. Baxışa gələnlərdən ikisi Gürcüstanda yaşayan azərbaycanlıdır. Daha bir oyunçu isə İrandan gəlib. Sabah yeni futbolçuların məşqlərə qoşulacağı da istisna deyil.

Bu arada “Muğan”dan ayrıldıqdan sonra “Gəncə”yə keçəcəyi gündəmdə olan Vüsal Hüseynovla müqavilə imzalanmasa da, onunun əyalət təmsilçisinə keçidi yaxın günlərdə rəsmiləşəcək.