“Neftçi”nin 2 futbolçusu hazırlıqdan kənarda qalıb
11.01.2011 - 19:45
Bakının “Neftçi” klubunun braziliyalı futbolçularından 2-si hazırlıqdan kənarda qalıb. Apasport.az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, hələ ötən ilin sonunda ağır zədələnən müdafiəçi Alessandro Vyana da Silva ilə yarımmüdafiəçi Flavinyo Bakıdan Antalyaya aparılsalar da, komandanın çalışmalarında iştirak etmirlər. Flavinyo artıq fərdi məşqlərə başlasa da, həkimlərin ona verdiyi proqram əsasında çalışır. O, vaxtını daha çox fitnes zalında keçirir. Flavinyo Antalyadakı ikinci təlim-məşq toplanışında komandanın hazırlığına qatılaraq, tam gücü ilə toplu məşqlərdə çalışacaq.
Alessandronun bərpası biz az uzun çəkəcəyindən, məşqlərə qatılmır. Belə ki, klub rəhbərliyi onun bərpası ilə bağlı Antalyadakı tibbi mərkəzlə danışıb. Müdafiəçi səhər və axşam orada müalicəsini etdirir.
Qeyd edək ki, “Neftçi”nin braziliyalı futbolçulardan yalnız Denis Silva komandanın hazırlığında iştirak edir.
Mehman SÜLEYMANOV

0
0