Nasimovun həmyerlisi AZAL-da
13.01.2011 - 10:20
Nasimovun həmyerlisi AZAL-da
Təlim-məşq toplanışına start verən Bakının AZAL klubu baxışa bir neçə əcnəbi futbolçu dəvət edib. Apasport.az saytının məlumatına görə, hələlik yalnız özbəkistanlı futbolçu Aleksandr Şadrin komandanın düşərgəsinə gəlib. 22 yaşlı Şadrinin sonuncu klubu Özbəkistanın “Məşəl” klubu olub. Bu yarımmüdafiəçinin iki yoxlama oyununda baxışdan keçirilməsi planlaşdırılır. Yalnız bundan sonra məşqçilər Şadrinin komandada qalması haqda qərar verəcəklər.

Qeyd edək ki, arxada qalan hissəsində Azərbaycan Premyer Liqasının cəmi 1 özbəkistanlı futbolçu top qovurdu. Bu “Neftçi”nin şərəfini qoruyan Bahodir Nasimovdur.

Mənbə: azalpfc.az