“Neftçi”nin heyəti müəyyənləşdi
13.01.2011 - 10:32
“Neftçi”nin heyəti müəyyənləşdi
Qırğızıstanın “Neftçi” klubunun Rusiyada keçiriləcək “Birlik kuboku”ndakı iştirak ərizəsi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “İnter”lə eyni qrupda mübarizə aparacaq Koçkor-Ata təmsilçisi yarışa 20 futbolçu ilə yollanıb. Bunlardan 10-u terli oyunçu, 10-u isə legionerdir. Milli komandaya gəlmədiyi üçün 6 aylıq cəzalanan Talaybek Cumatayev də Sankt-Peterburqda çıxış edəcək. Son çempionatın bombardiri “Neftçi”yə Rusiyada da kömək etməyə çalışacaq.

Qapıçılar: Ruslan Canıbekov, Valeri Kaşuba, Kirill Pryadkin (Qazaxıstan)

Müdafiəçilər: Baktıbek Mamatov, Axrorjon Raxmanjonov, Marat Abduniyazov, Kirill Keker (Qazaxıstan), İqor Koryak (Ukrayna), Luka Blaqoyeviç (Serbiya), Tursunboy Xusanov (Özbəkistan)

Yarımmüdafiəçilər: Aleksandr Beldinov, Nurbek Yuldoşev, Yevgeni Pilipas, Ruslan Camşidov, Marko Xedelkoviç (Serbiya), Vadim Tarasov, Dmitri Boyko (hər ikisi Ukrayna)

Hücumçular: Talaybek Cumataev, Nodırbek Kuzibayev (Özbəkistan), Miroslav Petronijeviç (Serbiya)

Baş məşqçi: Aleksandr Krestinin (Rusiya)