Azərbaycanlı futbolçu ilə Huntelar arasında fərq yoxdur
13.01.2011 - 11:54
Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqovun şərəfini qoruduğu Türkiyənin “Əskişəhərspor” klubunun heyətində keçirdiyi son oyun üçün aldığı qiymət məlum olub. Apasport.az saytının məlumatına görə, Türkiyə mətbuatı əskişəhərlilərlə Almaniya “Şalke”si atrasında yoldaşlıq oyununda futbolçuları qiymətləndirib.
29 yaşlı müdafiəçimiz 1:1 hesabı ilə bitən görüşdə 90 dəqiqə meydanda olub ki, həmkarlarımız da onun oyununu 6-ya layiq bilib. “Əskişəhərspor”un 1 futbolçusunun 8, 5 oyunçusunun 7 aldığı matçda yalnız 3 nəfər 5-ə layiq olub. Digərləri isə Rəşadla eyni qiymətləndirilib. Mərkəz müdafiəçisi mövqeyində həmyerlimizlə rəqabəty aparanlardan Dieqo 7, Nadareviç 5 alıb.
“Şalke”yəgəlincə isə əfsanəvi Raul, həmçinin Farfan 7-yə layiq görülüb. Dgərləri isə Rəşaddan fərqlənməyib. Manuel Noyer, İvan rakitiç, Kristof Metselder və Klaas Yan Huntelar kimi tanınmış oyunçular da azərbaycanlı futbolçu kimi 6 qiyməti alıblar.

- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
- Keyn "Bavariya" ilə "yola davam" dedi - RƏSMİ
0
0