AZAL 5 futbolçunu baxışdan keçirəcək
13.01.2011 - 12:45
Təlim-məşq toplanışını Bakıda davam etdirən AZAL heyətini gücləndirmək niyyətindədir. Apasport.az saytının xəbərinə görə, baş məşqçi Nazim Süleymanov qış fasiləsində heyətə 3 yeni legioner qatmaq fikrindədir. Yayda uğurlu seçim edən çalışdırıcı bu dəfə də qərar verməyə tələsmir.
Belə ki, baxışa dəvət edilən özbəkistanlı Aleksandr Şadrindən başqa, ilkin mərhələdə 5 futbolçunun gələcəyi gözlənilir. Artıq onların adları da məlumdur. Bunlar kolumbiyalı hücumçu Edvin Maurikia, latviyalı müdafiəçi Ritus Krjauklisdir. Bu futbolçulardan başqa, daha 2 ön xətt oyunçusu paytaxt klubunun düşərgəsinə qoşulacaq. Söhbət bolqarıstanlı Enyu Kraskusiç və makedoniyalı Stepanoviçdən gedir.
Süleymanov baxışa gələnlər arasında seçim edəcəklərini bildirib: “Məqsədimiz 3 legioner transfer etməkdir. İlkin mərhələdə adları qeyd edilən futbolçular yoxlanılacaq. Türkiyə toplanışı zamanı daha 4-5 futbolçunu iş başında sınayacağıq. Özünü yaxşı tərəfdən göstərən futbolçularla münasibətlərimizi rəsmiləşdirəcəyik”.
Bu arada paytaxt klubu yerli oyunçu axtarışını davam etdirir. Süleymanovun sözlərinə görə, MOİK-də çıxış edən Cavid Rəhimov hazırda AZAL-ın düşərgəsindədir.

- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
0
0