Zaqatala təmsilçisində islahat
13.01.2011 - 14:57
Zaqatalanın "Simurq" klubu 6 futbolçunu transferə çıxarıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın arxada qalan hissəsindəki nəticələrdən narazı qalan klub rəhbərliyi islahatlar aparmağa qərar verib.
Belə ki, qapıçı Zabit Səfərov, müdafiəçilər Elnur Yusifov, Elnur Abbasov və Elşən Əliyev, yarımmüdafiəçi Azər Səfərli, həmçinin, hücumçu Yasin Abbasova özlərinə yeni klub tapmaları üçün imkan verilib
Qeyd edək ki, mövsümün arxada qalan 19 turu ərzində Yasin 15 oyuna 1 qol vurubsa Elnur Abbasov 11, Elnur Yusifov 3, Azər Səfərli 1 oyun keçiriblər. Zabit meydana çıxdığı 1 oyunda 1 qol buraxıb, Elşən isə ümumiyyətlə şans qazanmayıb.

0
0