“Ruslan Abışov çoxdan xaricə getməli idi”
13.01.2011 - 16:31
Türkiyənin “Fənərbaxça” klubuna keçən Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi
- “Fənərbaxça”ya keçidiniz reallaşdı. Hansı hisslərlə yola düşürsünüz?
- “Fənərbaxça”nın nümayəndəsi gələn zamanı mən məşqdə idim. Klub rəhbərliyi ilə oturub, danışıblar. Hələlik məsələ şifahi razılıqla razılıqla həll olunub. Müqaviləyə imza atmaqla məsələnin rəsmiləşməsi qalıb. Yəqin ki, bu, getdiyim İstanbulda həllini tapacaq.
- Bəlkə həyatınızın ən xoş günüdür. “Fənərbaxça” kimi böyük kluba gedirsiniz. Çoxmu həyəcanlısınız?
- Açığı, elə də həyəcanım yoxdur, ancaq çox sevincliyəm. Heç ağlıma gətirmirəm ki, çətin olacaq. Yeni komandaya gedirəm, orada uyğunlaşmaqla necə olacaq – bu kimi narahatçılığım yoxdur.
- Yəqin ki, “Neftçi” dən ayrılmaq çətin olar. Hər halda, indiyə kimi yalnız bu klubda oynayıb, onun yetirməsi olmusunuz...
- Əlbəttə. “Neftçi”də 5-6 futbolçu var ki, 5-6 ildən çoxdur onlarla bir yerdəyik. Həm onlardan, həm ailəmdən, Bakıdan ayrı qalmaq bir az çətindir. Ancaq biz futbolçuyuq, yeni komandaya keçirsənsə, ona öyrəşməlisən.
- İlk olaraq “Fənərbaxça”nın əsas komandasında yer alacaqsınız...
- Hələ ki belə olacaq. Həm də zədəm var və əsas onun tam sağalmağıdır. Birdən-birə əsas heyətə düşmək olmur, gərək bir az gözləyəsən. İnşallah, əvəzedici heyətdə qalmağım çox çəkməyəcək. Bu haqda klub rəsmiləri ilə danışmışıq.
- Sonradan yır-yığış etmək üçün Bakıya qayıdacaqsınız?
- Yox. Bakıdan Antalyaya hazırlıqlı gəlmişdim. Bilirdim ki, “Fənərbaxça”ya buradan gedəcəyəm. Bu, klublar arasında danışılmışdı. “Fənərbaxça” nümayəndəsinin bura gəlib, məni götürməsi nəzərdə tutulmuşdu.
- Almaniya mətbuatında sizin haqda çıxan xüsusi yazıda inkişafınızda milli komandanızın baş məşqçisi Berti Foqtsun rolundan haqda yazılıb. Hətta sizin transfer məbləğinizin 450-700 min avro olduğu yazılıb....
- (gülür) Yox-yox. Transfer məsələləri klublar arasında həll olunur. Vaxtilə Almaniyaya transfer məsələm vardı. Ancaq bundan Foqtsun rolunun olub-olmadığını bilmirəm. “Rubin” də mənimlə maraqlanırdı, ancaq alınmadı.
- “Neftçi”dən xarici kluba növbəti futbolçu kimi gözləyirsən?
- Buradan demək olar hamısı gedə bilərlər. Misal üçün Tərlan Quliyev, Cavidlərin ikisi də, qapıçımız Elçin Sadıqov, Ruslan Abışov. Mənə elə gəlir ki, Ruslan çoxdan Azərbaycandan xaricə getməli idi. Heyf ki, hələ burda oynayır. İnşallah, tez bir zamanda gedərlər.
- Qarşıdakı əsas məqsədiniz nədir?
- Birincisi, zədəmi sağaltmaqdır. İnşallah, bundan sonra yalnız məqsədim “Fənərbaxça”nın əsas heyətində olacaq. Bir də ki milli komandada oynayıb, yerimi möhkəmlətmək istəyirəm.
Mehman SÜLEYMANOV

0
0