“Neftçi” üçün yeni rəqib
13.01.2011 - 18:41
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının “Neftçi” klubunun hazırlıq çərçivəsində keçirəcəyi yoxlama görüşlərinin sayı 5-ə çatıb. Apasport.az saytının məlumata görə, Arif Əsədovun yetirmələrinin qarşılaşacağı daha bir rəqibinin adı müəyyənləşib. Bu, Bosniya və Herseqovinanın “Selik” klubudur. Flaqman bosniyalılarla fevralın 1-də gücünü yoxlayacaq.
Xatırladaq ki, yanvarın 19-da “Rubin”lə (Rusiya) yoldaşlıq görüşü keçirəcək “Neftçi” Antalyadakı təlim-məşq toplanışının II mərhələsində “Rudar” (Çernoqoriya), “Arsenal” (Ukrayna) və “Şturm” (Avstriya) klubları ilə də qarşılaşacaq.
Mənbə: neftchifc.com

- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
0
0