“Qarabağ”ın planları dəyişdi
14.01.2011 - 09:29
“Qarabağ”ın planları dəyişdi
Ağdamın “Qarabağ” klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışının proqramında dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, buna qış fasiləsindən sonra futbolçuların fiziki formalarının qənaətbəxş olması səbəb olub. Elə bu səbəbdən də Qurban Qurbanovun yetirmələri ilk yoxlama oyununu əvvəlcədən planlaşdırıldığından tez keçirəcək. Belə ki, ilk sınaq yanvarın 22-nə planlaşdırılsa da, komanda fiziki durumunun əla olması daha erkən matç keçirilməsinə zərurət yaradıb. Belədə komanda yanvarın 18-də ilk yoxlama oyununa çıxacaq. Qeyd olunan gün “Qarabağ” Qazaxıstan Superliqa təmsilçisi “Jetisu” ilə qarşılaşacaq.