Nazim Süleymanov: Eşitdik ki, Zohair “Xəzər Lənkəran”a keçir
14.01.2011 - 13:59
“Aleksandr Şadrin pis təsir bağışlamır. Hücumameyilli yarımmüdafiəçidir. Onu yoxlama oyunlarında da sınayacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın baş məşqçisi Nazim Süleymanov deyib.
Cari mövsümdə özünü yaxşı tərəfdən göstərən və fasiləyə üçüncü pillədə yollanan AZAL finişə mükafatçılar sırasında çatmağı düşünür. Hazırlığını davam etdirən Nazim Süleymanovun yetirmələri gündə 2 dəfə olmaqla məşq edir. Baxışa bir neçə futbolçu dəvət olunsa da, hələlik özbəkistanlı Şadrin “təyyarəçilər”in düşərgəsindədir.
Məşqlərdə pis təsir bağışlamayan futbolçunun yoxlama oyunlarında sınanmasına da ehtiyac var. Süleymanov bunun səbəbini belə izah edib: “Kollektivə uyğunlaşmasını, özünü necə aparmasını müəyyənləşdirməliyik. Bundan sonra onu Antalyaya aparıb-aparmayacağımız barədə qərar verəcəyik”.
Bu arada ötən mövsüm “İnter”in bombardiri olan, amma cari çempionatda özünü heç də yaxşı tərəfdən göstərə bilməyən “İnter”in hücumçusu Robertas Poşkusun AZAL-a, eləcə də yayda heyətə qatılan və oyunu ilə diqqət mərkəzinə düşən “təyyarəçilər”in yarımmüdafiəçisi Zohair Benouahinin “Xəzər Lənkəran”a pənah aparacağı deyilir: “Bunlar əsası olmayan xəbərlərdir. Jurnalistlər xəbər alır ki, bəs eşitdik Zohair “Xəzər Lənkəran”a keçir, Poşkus isə AZAL-a. Bunu kim qurub, deyə bilmərəm. Yəni, bu gündəmdə olsaydı, nəsə danışmaq olardı. Amma gündəmdə olmayan bir şey haqda heç nə demək olmaz. İkincisi, klubun daxilində bununla bağlı məsələ yoxdursa, bu söz-söhbət ancaq kənarda gəzirsə, deməli, əsassızdır”.

0
0