“Turan” döydüyü futbolçu ilə anlaşdı
14.01.2011 - 14:57
Qış “transfer pəncərəsi”nin açılmasından istifadə edən “Turan” klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının xəbərinə görə, bir müddət əvvəl gürcü müdafiəçi Oleq Qvelesiani və hücumçu Georgi Beriaşvili ilə ilyarımlıq müqavilə imzalayan Tovuz təmsilçisinin növbəti transferi yerli futbolçudur.
Belə ki, cari mövsümün arxada qalan hissəsini “Simurq”da oynayan, amma ümidləri doğrultmadığı üçün transferə çıxarılan Elnur Abbasov “Turan”a keçir. Komandanın Türkiyədəki toplanışına qoşulacaq müdafiəçi hazırkı baş məşqçi Naci Şensoy üçün yad sima deyil. Abbasov 2005/06-cı illər mövsümündə onun rəhbərliyi altında çıxış edib. Futbolçunun Antalyaya komanda ilə birgə yollanmaması onun pasportunun qaydasına olmaması ilə bağlıdır. Tezliklə sənədlərini qaydasına salacaq müdafiəçi gələn həftə yeni komandasına qoşulacaq. Onunla müqavilə “Turan” geri döndükdən sonra imzalanacaq.
Maraqlıdır ki, Elnurun yeni komandasındakı komanda yoldaşı Muammer Erdoğdu ilə problemi var. Premyer Liqanın II dövrəsinin “Simurq”la “Turan” arasında oyununda onlar arasında ciddi dava-dalaş da düşmüşdü. Muammer komanda yoldaşlarını da özünə köməyə çağıraraq, Abbasovun “dərsini verməyə” cəhd göstərmişdi. Baş verən qalmaqala səbəb isə Elnurun legionerə pul borcunun olması idi. Onların dalaşmasına da elə cəmi 100 dollar səbəb olub. Belə ki, yayda “Turan”da baxışda olan Abbasov moldovalı legionerdən aldığı butsun pulunu ödəmək üçün Muammerdən borc alıb.
Qeyd edək ki, həmin qalmaqala görə AFFA İntizam Komitəsi Erdoğdunu 5 oyunluq cəzalandırıb.

0
0