Arif Əsədov “Neftçi”yə qələbə qazandırdı
14.01.2011 - 16:50
Arif Əsədov “Neftçi”yə qələbə qazandırdı
Bakının “Neftçi” klubunun məşqçiləri yaşıl meydanda məharətlərini göstərdilər. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, komandanın qapıçılarla işləyən serbiyalı Neboyşa Manoyloviç istisna olmaqla yerli məşqçiləri, klub rəhbərliyinin iştirak etdiyi yoldaşlıq görüşündə bura gələn azərbaycanlı jurnalistlər də oynayırdı. Komandalar hərəsində 5 nəfər olmaqla, şərti olaraq “qaralar” və “yaşıllar”a bölünmüşdü.

30 dəqiqə davam edən oyun kiçik ölşüdə qurulan meydançada keçirildi. Əsas vaxt 4:4 hesablı bərabərliklə nəticələndiyindən, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin olundu. Bu, ilk qola kimi davam etdi. Qələbə topunu “Neftçi”nin baş məşqçisi Arif Əsədov vurdu. O, oyun ərzində hesabda geridə olan komandasına əzmkar qələbə qazandırdı.

Mehman SÜLEYMANOV