“O, nəinki “Neftçi”də, futbolda olmasa yaxşıdır”
14.01.2011 - 18:00
“Xəzər Lənkəran” klubunun qapıçısı Kamran Ağayevin apasport.az saytına müsahibəsi
- Artıq 4 gündür təlim-məşq toplanışına başlamısınız. Çempionata hazırlıq necə gedir?
- Həmişəki kimi. Hazırlıq həmişə belə olur, məşqçi lazım olan futbolçuları düşərgəyə cəlb edir, baxışdan keçirir, sonra qərar verir. Biz futbolçuların işi də çalışmaqdır.
- Məşqlərdə ağır toplarla da çalışırsınız. Bu, belinizdəki zədəyə problem yaratmır ki?
- Artıq belimdə zədə yoxdur. Hərdən sızıldama olur ki, bu da fəsil dəyişikliyi ilə bağlıdır. Əvvəllər ağrılara dözə bilmirdim. Sonra əməliyyat olundum. Şükür Allaha ki, indi yaxşıyam. Allah heç kimə belə zədə göstərməsin.
- Heç bir futbolçuya zədə arzulamazdıq...
- Bütün müsəlman futbolçulara.
- 2 gün öncə məşqdə narazı görünürdünüz. Səbəb nə idi?
- Yox, buna narazılıq demək olmaz. Sadəcə, hərdən belimdə ağrı hiss edirəm. Buna görə də, istər-istəməz adam əsəbiləşir.
- Komandaya yeni futbolçular cəlb edilib: Üçü yerli, beşi əcnəbi. Kapitan kimi, buna münasibətiniz maraqlı olardı. Bu futbolçularla qızıl medalları qazanmaq mümkündürmü?
- Düzdü, kapitan məşqçiyə yaxın olur. Amma məşqçi öz taktikasına uyğun futbolçu gətirir. Mən desəm ki, filan şey yaxşıdı, filan şey pis, bu yaxşı alınmaz. Nə bilmək olar? Bəlkə sabah ya ertəsi gün məndən də imtina etdilər. Çempionluğa gəlincə, ancaq “Xəzər Lənkəran”ı istəyən adamlarla qızıl medal qazanmaq mümkündür.
- Məsələn...
- Öz mənafeyini güdən adamlarla çempion olmaq mümkün deyil.
- Artıq komandada “təmizləmə əməliyyatı” aparılıb. Elə öz mənafeyini güdənlər də artıq sizinlə deyil...
- Hər il transferə çıxarılan futbolçular olur. Təbii ki, onların da əvəzinə başqası gəlir.
- Biz vaxtilə rəhbərlikdə çalışanları nəzərdə tuturuq...
- Mən rəhbərliyə söz deyə bilmərəm. Komandanın başında fəxri-prezident Mübariz Mənsimov durur. Mən əməliyyat olunanda, ondan gördüyümü görmüşəm. Təbii ki, yaxşı mənada. Bilirsiniz, necə adamdı? Məndən olsa, ömürlük bu komandada oynayaram. Özü də, havayı. Mais müəllimə (klub prezidenti Mais Mənsimov - red) gəlincə, 5 ildir bu klubda oynayıram: Ona işdə müəllim, çöldə əmi deyirəm.
- Deməli, “Xəzər Lənkəran”da hansısa probleminiz yoxdur...
- Narazı da ola bilmərəm. Sadəcə, hərdən xırda şeylər problem yaradır. Bir nəfərə görə hamını nəzərdə tutmaq olmaz...
- Həmin bir nəfər kimdir?
- Bilirsiz, bu futboldur, udmaq da olar, uduzmaq da. Uduzanda xoşlamadığım hallarla üzləşirəm. Bir fanata görə belə komandanı tərk etməyə dəyməz, heç etmərəm də. Amma belə düşünürəm ki, tərk eləmək lazımdı.
- Fikrinizi əsaslandıra bilərsiniz?
- Çünki karyera qurmaq vacibdir. Əgər ölkə xaricində oynamaq istəyirəmsə, Avropanın iddialı komandasına gedirəmsə, bu, Azərbaycan, həm də “Xəzər Lənkəran”ın adınadır. Yəqin onlar da istəməzlər ki, mən həmişəlik burda qalım. Amma nə qədər Vətəndəyəm, yalnız “Xəzər Lənkəran”da oynayacam.
- Gəlin, səmimi danışaq: Konkret hansısa komandadan sizinə maraqlanan var?
- Var. Vallah xoşlamıram reklam olunmağı. Ona görə də istəmirəm bu barədə danışmağı. Mənimlə maraqlanan klublar arasında həm birinci dəstə, həm də yüksək liqa təmsilçiləri var. Rusiya, Almaniya və Türkiyə klublarıdır. Amma mən o komandalara getmək istəmirəm.
- Niyə istəmirsiniz ki?
- Çünki iddiasız komandalardır. Yüksək liqa komandası var, ancaq iddiasızdır. Mən belə komandada oynamaq fikrində deyiləm. Gedirəmsə, ilk “beşlik”də yer alan kluba getməliyəm. Bax belə danışanda da, deyirlər Kamran özündən razıdır. Bir sözlə, mən özümə hörmət etmək istəyirəm. Almaniya Bundesliqasında “beşliy”ə düşməyən komandadansa, “Xəzər Lənkəran” daha yaxşıdır. Bilirəm ki, bu klub iddialıdır, çempionluğa oynayır.
- Niyə elə fikirləşirsiniz? Mahir Şükürovun şərəfini qoruduğu “Anji” klubu da iddialı sayılmır. Amma Rusiya çempionatında oynadıqdan sonra hamı Mahirin “artırdığını” deyir.
- Orası elədir... Amma dedim ki, mən istəyərəm. Təbii ki, irəli getmək istəyirsənsə, Avropaya yollanmaq lazımdır. Orda “beşliy”ə düşməyən komandada oynamağın özü bir təcrübədir. Mən istəyirəm Avropaya hazır vəziyyətdə gedim.
- Milli komandanın qapıçısı özünü hələ də hazır saymır?
- Sayıram, amma “Xəzər Lənkəran”a köməyim dəyməlidir. Sadəcə, sual verirlər ki, niyə getmirsən. Cavab verirəm ki, mən halallıq istəyirəm. Hamı bilir ki, mən getmək fikrindəyəm. Amma yenə deyirəm, Azərbaycanda başqa komandanın formasını geyinmərəm.
- Hətta “Neftçi”nin də?
- O komandada mənim dostlarım, qardaşlarım var. Ancaq “Neftçi”yə uduzmağı heç vaxt istəmərəm. Düzdü, uşaqlıqdan “Neftçi” arzusu ilə alışıb-yanmışıq. Uşaq vaxtı atama deyərdim ki, “mənə “Neftçi”nin topundan al”. İndi “Xəzər Lənkəran”dayam və heç vaxt “Neftçi”yə meydanda can vermərəm. Onu da deyim ki, əzəli rəqib olsaq belə, biz düşmən sayılmırıq. Düşmən bizdə bir nəfərdir.
- Bəlkə bir millət...
- Hə də, ermənilər. Bizim düşmənimiz onlardı. “Neftçi” söhbətinə gəlincə, bilmirəm onlar bizə yuxarıdan və ya aşağıdan baxır, mən onlardan heç vaxt çəkinməmişəm.
- Qış fasiləsindən sonra ilk oyununuz məhz “Neftçi”yə qarşı olacaq...
- Ay sağ ol. Orda bəziləri var ki, adam onu görəndə əsəbiləşir.
- Rəhbərliyində, yoxsa futbolçudur?
- Ümumiyyətlə, Sadıq müəllimə (klub prezidenti Sadıq Sadıqov – red) halal olsun, ona böyük hörmətim var. Belə insanlar futbolumuzda çox olmalıdır, gəldi “Neftçi”də iş gördü. Ancaq bəziləri var ki, nəinki “Neftçi”də, ümumiyyətlə Azərbaycan futbolunda olmasa yaxşıdır. Lazımsız adamlardır.
İxtiyar ƏSGƏROV
ANTALYA

0
0