Türkiyəli FİFA agenti azərbaycanlı futbolçuları izlədi
14.01.2011 - 18:32
Bu gün Bakının “Neftçi” klubunun ilk məşqini türkiyəli menecer Şakir Ak izləyirdi. FİFA agenti olan Ak apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının açıqlamasında məqsədinin daha çox tanışlıq xarakteri olduğunu bildirib. O, həmyerlisi, “Neftçi”nin yeni türkiyəli məşqçisi Akla eyni soyadı daşısa da, qohumu olmadığını bildirib: “Bizim sadəcə, soyadlarımız eynidir. Mehmet bəyi tanıyıram. Türkiyədə başqa bölgələrdənik. Mən Azərbaycana həmyerlilərimi gətirmişdim. Bunlar Sumqayıtın “Gənclərbirliyi” klubunda oynamış müdafiəçi Erman Güraçarla hücumçu Günər Çətindir. Erman indi Türkiyədə, Çətin Almaniyada oynayır. Ancaq “Neftçi”yə hansısa futbolçu təklif etməmişəm. Sadəcə, diqqətimi cəlb edən gənc futbolçunuz olarsa, onları xarici klublara təklif edə bilərik”.
Qeyd edək ki, Türkiyənin Bank Asiya I divizionunun təmsilçisi olan “Tavşanlı Linyitspor” klubunun baş məşqçisi Hasan Sarı bunadək “Neftçi”nin Antalyadakı məşqinə baxmağa gəlmişdi. Sarı yanvarın 1-dən İngiltərənin “Everton” klubunun futbolçusu olan Araz Abdullayevi izləyərək, onun oyunundan valeh olduğunu bildirmişdi.
Mehman SÜLEYMANOV

0
0