Ponomaryov da “Titanik”ə gəldi
14.01.2011 - 19:55
Ponomaryov da “Titanik”ə gəldi
Azərbaycan milli komandasının sabiq futbolçusu Anatoli Ponomaryov Türkiyəyə gəlib. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, 29 yaşlı keçmiş yarımmüdafiəçi Bakının “Neftçi” klubunun qaldığı “Titanik” otelinə baş çəkib.

Ponomaryovla oteldə qarşılaşdıqda, onun səfərinin “Neftçi” ilə bağlı olmasını zənn etdim. Hər halda, onunla komandanın qaldığı 3-cü mərtəbədə üzləşdim. Ancaq belə olmadığını deyən Anatoli otelə başqa şəxslərlə ayaqüstü görüşməyə gəldiyini bildirdi: “Mən artıq futbolçu karyerasını bitirmişəm. Hazırda menecerliklə məşğul oluram. FİFA agentini lisenziyasını da almışam. Futbolçuların klublara keçidi ilə məşğul oluram. İndi qış fasiləsidir və Avropada klubların çoxu Antalyaya təlim-məşq toplanışına gəlir. Mən də bu üzdən bura işlərimlə əlaqədar gəlmişəm”.

Qeyd edək ki, Anatolinin son klubu Türkiyənin Bank Asiya 1-ci divizionunda oynayan “Orduspor” klubu olub.

Mehman SÜLEYMANOV