İqor Ponomaryov Rusiya klubundan təklif alıb
15.01.2011 - 00:06
Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov Rusiyadan yenə dəvət alıbmış. Bu haqda apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına olimpiya çempionumuzun oğlu Anatoli məlumat verib. O bildirib ki, təklif almasına baxmayaraq, atası həmin komandaya müsbət cavab verməyib.
“Atam Stokholmda yaşayır, vəziyyəti normaldır. İsveçdən, digər ölkələrin klublarından təklif gözləyir. Bildiyimə görə, yaxında Rusiyada bir variantı vardı. Ancaq aldığı təklifdən imtina edib. Mən həmin klubun adını çəkmək istəmirəm” – deyə, Anatoli bildirib.
Qeyd edək ki, son iş yeri 2009-cu ildə “Xəzər Lənkəran” klubu olan Ponomaryov əvvəlcə baş məşqçi, sonra vitse-prezident oldu. Bir ildən artıqdır yenidən işsiz olan 51 yaşlı olimpiya çempionumuz Lənkəran təmsilçisinədək məhz Rusiyada çalışıb.
Təcrübəli mütəxəssis I divizionda “Maşuk-KMV” klubunun baş məşqçisi idi.
Mehman SÜLEYMANOV

0
0