“Qəbələ” “Antalyaspor”la heç-heçə oynadı
15.01.2011 - 03:22
Ötən mövsüm Azercell U 17 Liqasında çempion olan “Qəbələ” klubunun 17 yaşlılardan ibarət komandası AFFA-nın dəstəyi ilə Antalyada hazırlıqlarını davam etdirir. Apasport.az-ın xəbərinə görə, bu çərçivədə komanda dünən yerli “Antalyaspor”un 17 yaşlıları ilə qarşılaşıb.
Matç təmsilçimizin üstünlüyü ilə keçsə də, sonda tərəflər heç-heçə ilə razılaşmalı olublar: 2-2. “Qəbələ”nin heyətində Kamal Mirzəyev və Əskər Nəbiyev fərqlənib.
Qeyd edək ki, əyalət təmsilçisi yanvarın 21-dək qonşu ölkədə hazırlıqlarını davam etdirəcək. Toplanışın sonuna kimi daha 2 komanda ilə yoldaşlıq oyunu keçiriləcək. Rəqiblər dəqiqləşdirilməsə də, onların Türkiyə xaricindən olacağı qətiləşib.

0
0