“Neftçi” və “Xəzər Lənkəran”ın davamçısı olmaq üçün
15.01.2011 - 09:57
“Neftçi” və “Xəzər Lənkəran”ın davamçısı olmaq üçün
Bakının “İnter” klubu Azərbaycan futbol tarixinə düşməyə çalışır. Apasport.az saytının məlumatına görə, bu gün start götürəcək “Birlik kuboku”na qatılacaq Kaxaber Sxadadzenin yetirmələri turnirin qalibi olmaq iddiasındadır. Bakılılar bunu bacaracağı halda eyni uğura imza atan 3-cü Azərbaycan klubu olacaqlar. Belə ki, indiyədək yalnız “Neftçi” və “Xəzər Lənkəran” Rusiyadan mükafatla dönə bilib.

Qeyd edək ki, indiyədək 10 komanda “Birlik kuboku”nun qalibi olub.

"Birlik kuboku"nun bütün finalları
1993 Spartak (M, Rusiya) - Belarus (Belarus) 8:0
1994 Spartak (M, Rusiya) - Neftçi (Özbəkistan) 7:0
1995 Spartak (M, Rusiya) - Dinamo (Gürcüstan) 5:1
1996 Dinamo (Ukrayna) - Spartak-Alaniya (Rusiya) 1:0
1997 Dinamo (Ukrayna) - Spartak (M, Rusiya) 3:2
1998 Dinamo (Ukrayna) - Spartak (M, Rusiya) 1:0
1999 Spartak (M, Rusiya) - Dinamo (Ukrayna) 2:1
2000 Spartak (M, Rusiya) - Zimbru (Moldova) 3:0
2001 Spartak (M, Rusiya) - Skonto (Latviya) 2:1
2002 Dinamo (Ukrayna) - Spartak (M, Rusiya) 4:3
2003 Şerif (Moldova) - Skonto (Latviya) 2:1
2004 Dinamo (Gürcüstan) - Skonto (Latviya) 3:1
2005 Lokomotiv (Rusiya) - NEFTÇİ (AZƏRBAYCAN) 2:1
2006 NEFTÇİ (AZƏRBAYCAN) - Kaunas (Litva) 4:2
2007 Paxtakor (Özbəkistan) - Ventspils (Latviya) 0:0,pen.9:8
2008 XƏZƏR LƏNKƏRAN (Azərbaycan) - Paxtakor (Özbəkitan) 4:3
2009 Şerif (Moldova) - Aktobe (Qazaxıstan) 2:2, pen.5:4
2010 Rubin (Rusiya) - Aktobe (Qazaxıstan) 5:2