Meder Sıdıkov: “İnter” “Birlik kuboku”nun favoritlərindən biridir
15.01.2011 - 11:13
“Mən optimistəm. Əvvəlcədən proqnoz verməyəcəyəm. Amma uğura inanıram”. Apasport.az saytının məlumatına görə, bu sözlər Sankt-Peterburq şəhərində keçiriləcək “Birlik kuboku”nda Bakının “İnter” klubunun rəqibi Qırğızıstan “Neftçi”sinin meneceri Meder Sıdıkova məxsusdur.
Klub rəsmisi bildirib ki, bu gün baş tutacaq oyunda Azərbaycan çempionuna qarşı müqavimət göstərə bilsələr növbəti görüşlər çətin olmayacaq: “Başa düşürəm ki, ilk oyun çətin olacaq. Çünki Bakı “İnter”ı yarışın favoritlərindən biridir. Onlarla bərabər səviyyədə oynasaq, digər klublara qarşı mübarizə aparmaq daha asan olacaq. Fikrimcə, bu görüşdə qələbə qazanmaq üçün yerli futbolçulara bizim legionerlərimiz də kömək edəcəklər. Ən əsası yarışa lazımı səviyyədə köklənmişik. Biz ölkədə futbol inqilabı etmişik və hesab edirəm ki, şansımız var. Onu dəyərləndirməyə çalışacağıq”.
Qeyd edək ki, “İnter” – “Neftçi” oyunu saat 12:00-da start götürəcək.

- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
0
0