Raykaardı istefaya göndərdi, özü isə “Qalatasaray”a gəldi
15.01.2011 - 15:48
Türkiyənin “Qalatasaray” klubu daha 1 futbolçunun keçidini həll edib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul klubu “Ankaragücü”dən ayrılan Turqut Doğan Şahinlə müqavilə imzalayıb. 22 yaşlı futbolçu növbəti 4,5 ildə “Qalatasaray”ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Şahin Türkiyənin 21 yaşlılardan ibarət milli komandasında da 1 oyun keçirib və bu mövsüm “Ankaragücü”nün “Əli Sami Yen”də “Qalatasaray”a 4:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada qol da vurub. Bu məğlubiyyət isə “sarı-qırmızılar”ın hollandiyalı baş məşqçisi Frank Raykaardın istefaya göndərilməsi ilə nəticələnmişdi.

0
0