AZAL-da yeni təyinat - FOTO
15.01.2011 - 16:36
AZAL-da yeni təyinat - FOTO
Bakının AZAL klubunda yeni təyinat rəsmiləşib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Nazim Süleymanova yeni köməkçi verilib.

Belə ki, Novruz Əzimovun “Bakı”ya gedişindən sonra vakant qalan “baş məşqçinin köməkçisi” vəzifəsi Rafiq Mirzəyevə həvalə edilib. Klub prezidenti Vaqif Qasımov hazırda əvəzedici heyəti çalışdıran Mirzəyevin paralel olaraq əsas komandada da fəaliyyət göstərməsini məqsədəuyğun sayıb. Beləliklə, AZAL-ın məşqçilər korpusunda olan boşluq aradan götürülüb.

Mənbə: azalpfc.az