Bosniya və Herseqovina yığmasının hücumçusu “Qarabağ”da
15.01.2011 - 16:49
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Ağdamın “Qarabağ” klubu baxışa yeni legioner cəlb edib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun komandasına daha bir futbolçu qoşulub. Bu, Bosniya və Herseqovinadan olan Zoran Kokotdur. 25 yaşlı solaxay forvard millisinin ötən il dekabrın 10-da Polşa ilə baş tutmuş oyununda meydana çıxıb. Onun sonuncu klubu vətənində “Slaviya” olub.
Qeyd edək ki, Kokot ilə bağlı yaxın günlərdə qərar veriləcək.
Mənbə: qarabagh.com
Qeyd edək ki, Kokot ilə bağlı yaxın günlərdə qərar veriləcək.
Mənbə: qarabagh.com
0
0