Rəşad Abdullayev: Bu, kollektivə yeni nəfəs gətirib
15.01.2011 - 17:20
Rəşad Abdullayev: Bu, kollektivə yeni nəfəs gətirib
“Yanvarın 10-dan Türkiyədə hazırlığa başlamışıq. Məşqlərimiz intensiv şəkildə davam edir”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Neftçi”nin futbolçusu Rəşad Abdullayevə məxsusdur.

Komandanın yarımmüdafiəçisi klubun rəsmi saytına açıqlama verib: “Komandamızın hər bir üzvü dərk edir ki, təlim-məşq toplanışında nə qədər çox çalışarsa, çempionat oyunlarında bir o qədər rahat olar. Fiziki hazırlıq üzrə türkiyəli mütəxəssis Mehmet Ak komandamıza qoşulub. Bu, bir növ kollektivə yeni nəfəs gətirib. Qalan 3 görüşdə qalib gələrək, “altılığa” 50 xalla daxil olmaq istəyirik. Biz bütün komandalarla oyuna ciddi önəm veririk. Rəhbərliyin qarşımıza qoyduğu hədəf hamıya bəllidir. Ölkə çempionatının və kubokunun qalibi olmaq üçün hər bir görüşə yalnız qələbə qazanmaq üçün çıxırıq".