“Məşqçisinə və oyununa görə, ən yaxşı bizim komandadır”
16.01.2011 - 00:05
“Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyevin apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına müsahibəsi
- Hazırlıqlarınız necə gedir?
- Gördüyünüz kimi, çətin. Səhərlər fiziki hazırlıq üzərində, axşamlar isə topla çalışırıq. Məşqlərə ciddi, peşəkar futbolçu kimi yanaşırıq. Yeni oyunçular da var komandada. Hamının məqsədi eynidir - çempionluq. Biz buna hazırlaşırıq. İnşallah, keçdiyimiz əla məşqlərin bəhrəsini görərik.
- Təxminən 20 günlük fasilədən sonra məşqlərə başladınız. Artıq çəki hiss etmədiniz ki?
- 15 gün istirahətdə olduq. Bu müddətdə məşq etmədim. Düzünü desəm, artıq çəkim var.
- Nə qədər?
- 4-5 kq olar. Bir az salmışam, inşallah, yenə azaldacağam. İstər-istəməz artıq çəki futbolçuya təsir edir. Bir həftəyə hər şey qaydasına düşəcək.
- Heyətə 3 yerli futbolçu gəlib: Anar Qasımov, Elnur Abdullayev və Şəhriyar Xəlilov. Hələlik az məşq keçsəniz belə, onlarla uyğunlaşmaqda hansısa problem yoxdur ki?
- Mən Elnurla U-21-də oynamışam. Şəhriyarı “Qarabağ”dan tanıyıram. Anarı isə əvvəl görsəm də, tanışlığım yox idi. Fikrimcə, tam uyğunlaşmayıblar, amma bu prosesi arxada qoyacaqlarına inanıram. Perspektivli futbolçulardır. Onların öz sözlərini deyəcəklərinə inanıram.
- Yerlilərdən əlavə, əcnəbi futbolçular da var düşərgədə...
- Mənim üçün fərqi yoxdur. Məşqçi hansı mövqeni desə, orda da oynayacam. Güclü rəqabət var komandada, olmasa, nəticə qazana bilmərik. Biz çempionluğa oynayırıq. Rəqabət olmayanda, futbolçuda istər-istəməz arxayınçılıq yaranır. Sonda da istənilən nəticə əldə olunmur. Özümə gəlincə, rəqabətdən çəkinmirəm. Yenilər haqda hələlik fikir söyləyə bilmərəm. Hansı səviyyədə olduqları oyunlarda bəlli olacaq. Biz də istərdik ki, yaxşı olsunlar. Bizə səviyyəli futbolçu lazımdır ki, zəhmətimizin bəhrəsini görək.
- Necə düşünürsünüz, həmin yerli və əcnəbilər arasında səviyyə fərqi varmı? Çünki çoxları deyir ki, ölkəmizə gələn legioner yerli futbolçudan 2 dəfə güclü olmalıdır...
- Azərbaycanda yerli futbolçudan 2 dəfə güclü hansısa legioner tanımıram. Hətta 99 faizi bizimkilərdən zəifdir. Özümüzünküləri həmişə dəstəkləmişəm, nə qədər ki futbol oynayıram, yenə dəstəkləyəcəyəm. Ola bilsin yeni ildən sonra gələnlər də məşq etməyiblər. Məşqdə bunu ayırd etmək olmur. İnşallah, oyunlarda hər şey müəyyənləşəcək.
- Baş məşqçi Mirça Rednik sizi meydanda tək qoymur. Onun meydandakı hərəkətləri necə təsir edir.
- İnanın ki, bizimlə birgə məşq edəndə, əhvalımız çox yüksəlir. Vallah, həqiqətən də belədir. Düzdür, bizdən daha yaşlı olduğu üçün sonacan qaçmır. Amma buna cəhd edir, canla-başla çalışır. Meydandakı hərəkətləri ilə kollektivdə həm nizam-intizam, həm də mehribançılıq yaradır. Hər bir xırda problemi yerindəcə həll edir. Çünki nizam-intizam olmayan komanda nəticə qazana bilməz. Hamıdan peşəkar olmağı tələb edir, zarafatından da qalmır. Ondan çox razıyam. Görürəm ki, komanda üçün can yandırır.
- Yəni, bəzi əcnəbi məşqçilər ki, Azərbaycana ancaq şəxsi mənafeyi, pul qazanmaq üçün gəlməyib...
- Yox. Onun qarşısına məqsəd qoyulub axı. Komandamız üçün belə gözəl şərait yaradılıb, xeyli xərc çəkilir. Nəticə olmasa, klub rəhbərliyinə də pis təsir edir.
- Çempionluq mübarizəsində əsas rəqibiniz hansıdır?
- “Neftçi”.
- Bəs, bu komandanı rəqib kimi necə görürsünüz?
- Hansı komandada oynamağımdan asılı olmayaraq, heç kimi özümdən güclü saymamışam. Elə öz komandamı da digərlərindən üstün hesab etmişəm. Hazırda “Xəzər Lənkəran”ın Azərbaycanda ən güclü sayıram. Düzdür, “Qarabağ”a uduzduq. Bu da olmalıdır. Futbolda məğlubiyyət qaçılmazdır. Amma heyətinə, məşqçisinə və oyununa görə bizim komanda ən yaxşıdır.
- “Xəzər Lənkəran”ın heyətlə bağlı problemi olsa da, qış fasiləsinə ikinci pillədə çıxdı. Buna görə çoxları Rednikin xidmətlərini yüksək qiymətləndirir. Bu fikirlə razısınız?
- Əlbəttə razıyam! Bir söz deyim sizə: Heç vaxt inanmırdım ki, heyətimizdəki hücumçularla 40 xal toplayaq. Bizdə hücumçu vardı? Düzdü, Uinston Parks səviyyəli futbolçudur. Amma bizə gələndə yaxşı formada deyildi. Formaya düşərsə, Azərbaycanda onun kimi hücumçu olmayacaq. Biz həmin xalları nizam-intizam hesabına yığdıq.
- Bəlkə Parks kimi futbolçuların oyununun alınmamasına meydançaların bərbad vəziyyəi problemi səbəb olur?
- Hücumçunun işi qol vurmaqdır. Ondan başqa heç nə tələb edilmir. Kimə lazımdır ki, hansısa hücumçu 3-4 futbolçunu təkbaşına keçsin. Əsas odur ki, qol vursun. Mən o hücumçunu üstün tuturam ki, 90 dəqiqə qaçmasın, mübarizə aparmasın, amma qol vursun.
- Şəxsən sizin üçün mövsümün sonunda ikinci yer faciə sayılacaq?
- Harda oynamışamsa, ancaq hədəf qızıl medallar olub. Necə deyim sizə? Hər il futbolçunun ömründən gedir. Həyatda yadda qalan nədir? Əlbəttə ki, nəticə. Sabah deməyəcəklər ki, filan futbolçu belə “podkat” etdi və s. Əsas çempionluqdur.
- Deməli, ikinci yeri faciə olacaq...
- Bəli. Mənim üçün həyatda da birinci olmaq vacibdir.
- Dediz ki, çempionluq mübarizəsində əsas rəqibiniz “Neftçi”dir. Fasilədən sonra ilk oyununuz məhz sabiq klubunuza qarşı olacaq. Düşünürsünüzmü ki, həmin görüş çempionluğun taleyinə müəyyən qədər aydınlıq gətirəcək.
- Mən bu fikirlə razı deyiləm. Neçə ildir Azərbaycan çempionatında top qovuruq. Az-çox təcrübəli futbolçulardan sayılırıq. Fikrimcə, hər şey “altılıq”da bəlli olacaq. Orda elə qarşılaşmalar olacaq ki... Baxın, kubok da daxil olmaqla, “Neftçi” ilə 4 dəfə oynamalıyıq. Axı bunların hamısını udmaq olmaz. Futbolda hər şey olur. Bəlkə də hamısında qələbə qazandıq. Ancaq biz məğlub olmaq üçün hazırlaşmırıq.
- Sizi qarşıda Dubayda milli komanda ilə də toplanış gözləyir. Yol-yorğunluğu, ağır məşqlər problem yaratmayacaq ki?
- Futbolçu məşq etməlidir də. Problem yalnız beyin yorğunluğu ilə bağlıdır. Adamın beyni yorğun olanda, tam hazırlaşa bilmir.

0
0