Valeri Çalıy: “İnter”lə oyunun nəticəsinə mənim bir sıra qərarlarım təsir etdi
18.01.2011 - 16:54
“Rəqiblərdən fərqli, təəssüf ki, bizdə oyunu gücləndirəcək nə gənclər, nə də təcrübəli futbolçular var. I hissədə biz bilərəkdən təşəbbüsü “İnter”ə verdik. Lakin rəqib elə bir ciddi təhlükə yarada bilmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldovanın “İskra-Stal” klubunun məşqçi-məsləhətçisi Valeri Çalıy deyib.
Bu gün “Birlik kuboku”nun qrup mərhələsinin III turunda Bakının “İnter” komandasına 0:1 hesabı ilə uduzan mütəxəssis bildirib ki, mübarizəni dayandırsalar da, futbolçularına əzmkarlığına görə təşəkkür düşür: “II hissədə biz rəqib qapıçı ilə təkbətək çıxa bildik. Lakin bundan yararlana bilmədik. Fikrimcə, turnirdə bütün komandaların vəzifələri və məqsədləri eynidir. Biz də öz vəzifələrimizi yerinə yetiririk. Hazırlıq müvəffəqiyyətlə keçir. Buna görə də mən öz futbolçularımı təbrik edirəm və onlara göstərdikləri fədakarlığına görə təşəkkür edirəm. Bəlkə də bu günkü nəticəyə mənim bir sıra qərarlarım təsir etdi. Lakin nə etmək olar ki, bizim ehtiyat oyunçular skamyamız çox qısadır. Ən əsası odur ki, tamaşaçılar oyundan razı qaldı”.
Qeyd edək ki, “İskra-Stal” qrup mərhələsinin yekununda 3-cü yeri tutaraq mübarizəni dayandırıb.

0
0