Rövşən Əmiraslanov ən yaxşı seçildi
18.01.2011 - 18:27
Rövşən Əmiraslanov ən yaxşı seçildi
Sankt-Peterburqda keçirilən “Birlik kuboku”nun III turunda “İnter” (Azərbaycan) – “İskra-Stal” (Moldova) oyununun ən yaxşı futbolçusunun adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışın təşkilatçıları bu ada Bakı klubunun hücumçusunu layiq görüblər. Onlar qarşılaşmanın taleyini həll edən Rövşən Əmiraslanovu görüşün ən yaxşısı hesab ediblər.
Qeyd edək ki, II turda bu ada Vladimir Levin sahib olmuşdu.