“Gəncə”nin gözlədiyi futbolçu gəldi
19.01.2011 - 00:13
Yayda “Gəncə”yə transfer olunan, amma fasilə zamanı müqaviləsi başa çatdığı üçün komandadan ayrılan Armand Feutchin yenidən ölkəmizə gəlib. Apasport.az saytının xəbərinə görə, kamerunlu hücumçu hazırda “Gəncə”nin düşərgəsindədir və məşqlərə başlayıb.
Onun geri dönməsi isə klub rəhbərliyinin futbolçu ilə başa çatan müqaviləsinin müddətini yenidən uzatmaq istəməsidir. Artıq bununla bağlı tərəflər öz aralarında razılığa gəlib. İndi qalıb rəsmi müqavilə imzalamaq, bu da yaxın gülərdə baş tutacaq.
Bu arada “Gəncə” Dağıstandan daha bir futbolçunu baxışa dəvət edib. Adını dəqiqləşdirə bilmədiyimiz oyunçu 1990-cı il təvəllüdlüdür və özünü hələ ki, yaxşı tərəfdən göstərməyi bacarıb.

0
0