“Neftçi” & AZAL: eyni otel, qonşu meydançalar
19.01.2011 - 09:29
Bakının AZAL klubu Türkiyədəki hazırlığına start götürüb. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, Bakı – İstanbul – Antalya hava reysi ilə dünən axşamüstü gələn “təyyarəçilər” “Neftçi” ilə birgə “Titanik” otelində məskunlaşıb. Komanda oteldə yerləşəndən 1 saat sonra məşqə çıxdı. Hər iki Bakı klubu otelin qonşu meydançalarında məşq edirdi.
Futbolçular səfərdən yeni qayıtdıqlarından, baş məşqçi Nazim Süleymanov onları yükləmədi. 1 saatlıq məşq daha çox isinmə hərəkətləri, yüngül qaçışlar və topla ötürmələr üzərində quruldu. Antalyada fevralın 1-dək təlim-məşq toplanışında 4 yoxlama oyunu keçirəcək AZAL-a legionerlər gəlməklə, heyəti genişlənəcək.
Qeyd edək ki, “Neftçi” dünən səhər məşqinin ilk yarısını fitnes zalında, ikinci yarısını otelin meydançasında fiziki çalışmalarla keçirdi. Hərarəti olan belçikalı hücumçu Emil Mpenzanın səhər məşqindən fərqli axşamkı toplu çalışmalarda iştirak etdi. Soyuqladıqlarından belə problemləri olan gənc futbolçular – Araz Abdullayevlə Tural Nərimanov axşam hazırlığına qatıla bilmədilər. Ayağında zədəsi olan yarımmüdafiəçi Rəşad Abdullayevlə braziliyalı müdafiəçi Alessandro Vyana da Silva komandadan kənarda qalıb, müalicələrini davam etdirirlər.
Mehman SÜLEYMANOV

0
0