Rəşad Sadiqov: Başqa çıxış yolum yoxdur
19.01.2011 - 10:25
Ağdamın “Qarabağ” klubunun futbolçusu Rəşad Sadiqovun apasport.az saytına Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Hazırlığınız haqda fikirlərinizi bilmək istərdik...
- Türkiyəyə uzun müddətlik, 27-28 günlük təlim-məşq toplanışına gəlmişik. Baş məşqçimiz Qurban Qurbanov bir az komandaya sərbəstlik verib. Buna baxmayaraq, komanda çox yaxşı, ciddi hazırlaşır. Çünki ilk məqsədimiz “altılığ”a düşmək, bundan sonra ən azı Avroliqaya vəsiqə qazanıb, yenə xalqımızı sevindirməkdir.
- “Qarabağ” son turda “Xəzər Lənkəran”a qalib gəlməsi o deməkdir ki, hələ onu hesabdan silmək olmaz?
- Düzdür, Lənkəranda qələbə həm çox vacib oldu, həm də açığı, gözlənilməz deyildi. Çoxları “Qarabağ”ın zəiflədiyini düşündüyü halda, bunun belə olmadığını sübut etdik. Son 4 oyunda qalib gələrək, “İnter”, “Simurq”, “Muğan” və “Xəzər-Lənkəran”ı yendik.
- Yəni dekabr çempionatda sizə düşərli oldu...
- Elədir. “Qarabağ” bir daha göstərdi ki, gücü tükənməyib. Deyirdilər ki, komanda yorulub, gücü yoxdur. Ancaq son 4 oyun göstərdi ki, gücümüz yerindədir və medallar uğrunda mübarizə apara bilərik.
- Ancaq güclənməyinizə ehtiyac var...
- Razıyam. Eşitdiyimizə görə, 1-2 yaxşı futbolçu cəlb olunacaq. İnşallah, heyətimizi gücləndirərək, yaxşı nəticə qazanmağa çalışacağıq.
- Çempionluğa nail olmağı real sayırsınız?
- Bəli. Liderlə 8 xallıq fərimiz olsa belə. İnşallah, yenə çempionluq üçün sona kimi mübarizə aparmağa çalışacağıq.
- Milli karyeranıznı arxa plana keşməyi sizdə ruh düşkünlüyü yaratmayıb?
- Açığı, yox. Deyərdim ki, milliyə çağırılmamağım bir az da xeyrimə oldu. Çünki adam istər-istəməz yığmaya gedəndə yorğun qayıdır. İndi çağırılmadığıma görə tam gücümü klubuma sərf edəcəyəm.
- Ancaq uzun illər yığmada oynamısınız və hər futbolçu üçün millidə oynamaq şərəflidir...
- Məni çağırmırsa, bu, məşqçinin öz fikridir. Mən buna görə heç nə deyə bilmərəm. Bu üzdən başqa çıxışım yoxdur. Gərək yalnız klubun üçün çalışım. Ruh düşkünlüyünə gəlincə, biz peşəkar futbolçuyuq və Allaha təvəkkül edirik. Açığı, ruh düşkünlüyü yaşamıram.
- Millimizin ötən ilin noyabrın 17-də Çernoqoriya yığması ilə yoldaşlıq görüşü öncəsi müsahibəniz əks-səda doğurdu. Hətta baş məşqçi Berti Foqts bununla bağlı araşdırma aparırdı. Bu məsələ tam aydınlaşdımı?
- Açığı, mən futbolçuların yığmadan kluba yorğun qayıtdığını demişdim. Çünki hamı bilir ki, mövsümün ortasında milliyə 4 günlük təlim-məşq toplanışına gedib, gündə 2 dəfə çalışıb, qayıdıb bir gün sonra oyuna çıxanda problem olur.
- Yəni dediklərinizi danmırsınız?
- Yox, danmıram. O mənada ki, düzü, yorğun gəlmişdik. Gəlib, həmin oyunda uduzmuşduq. Dediklərim kimlərəsə pis təsir edirsə, bunun necə qəbul edirsə, etsinlər. Bu, hamının haqqıdır.
- Məsələni aydınlaşdırmaq üçün Foqtsla görüşmüsünüz?
- Yox. Mən olan şeyi demişəm. Pis söz demişəmsə, kimsə bunu desin. Komandanın yorğun gəldiyini demişdim və belə də olmuşdu. Yorğunluğun bura nə dəxli var? Allahdan başqa heç kimdən qorxmuram. Mənim kimləsə görüşməyə, kiməsə nəyisə aydınlaşdırmağa, sübut etməyə ehtiyacım yoxdur. Bunu Allah-taala görür.
- Real olsaq, Foqtsun dövrünə yenidən yığmaya çağırılacağınızı gözləyirsiniz, yoxsa ümidinizi itirmisiniz?
- Mən öz futbolumu oynayacağam, buna çalışacağam. Nə vaxtsa çağırılsam, yenə gəlib, Azərbaycan milisi üçün canla-başla çalışıb, oynayacağam.
Mehman SÜLEYMANOV

0
0