Valeri Dosko: İlk oyundakı səhvlərimizdən nəticə çıxarmışdıq
19.01.2011 - 09:55
“İlk oyundakı səhvlərimizdən nəticə çıxarmışdıq. Bununla belə, birinci hissədə oyunumuz alınmadı. Bu da hesaba öz təsirini göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Belarus yığmasının baş məşqçisi Valeri Dosko deyib.
İlk yoldaşlıq oyunda Azərbaycan milli komandasına uduzan belaruslular 2-ci matçda 6:4 hesabı ilə qələbə qazanıblar. Dosko bildirib ki, bu qələbədə gənclərin xüsusi rolu olub: “Fasilədən sonra gənclərə şans verdik və onlar qarşılarına qoyulan tapşırığı yerinə yetirməyi bacardılar. Bunun nəticəsində əvvəlcə hesabı bərabərləşdirdik, yekunda isə qələbə qazandıq. Azərbaycan futzalçılarına Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıram”.
Qeyd edək ki, Azərbaycan yığması ilk qarşılaşmada 5:1 hesabı ilə qələbə qazanmışdı.
Mənbə: affa.az

0
0