“Daha çox çalışmalıyıq”
19.01.2011 - 10:13
“Cəmi 8 gündür hazırlıqlara başlamışıq. Adətən belə oyunlar keçirməyin faydası olur. 2 hissədə fərqli komanda meydana buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
39 yaşlı mütəxəssis Qazaxıstanın “Jetısu” klubu ilə yoldaşlıq oyunundan sonra Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı haqqında fikirlərini klubun rəsmi internet saytına açıqlayıb: “Çalışdıq ki, hamının durumuna nəzər yetirək. Əlbəttə ki, yoxlama oyunlarında nəticədən daha çox komandanın ümumi oyunu, bir-biriylə anlaşma və s. kimi komponentlər vacibdir. Hazırda sağlam olan bütün futbolçulara şans verdik. İlqar Qurbanov məşqlərə yeni başlayıb. Ona görə də onu çox yükləmək istəmədik. Əfran isə dünəndən komandayla çalışır. Maksimin isə sol ayaq əzələsində bir qədər problem var. Rəşad Kərimov isə hələ bir həftə sonra komandayla çalışmalara başlayacaq. Zaur Həşimov və Namiq Yusifov isə xəstəlikləri səbəbindən bugünkü oyunda iştirak edə bilmədilər. Hələ hazırlıq üçün yetərincə vaxtımız var. Daha çox çalışmalı və çempionata qədər hazır vəziyyətə gəlməliyik”.
Qeyd edək ki, “Qarabağ” “Jetısu” ilə matçda 2:3 hesabı ilə məğlub olub.

0
0