“Komandada müəyyən çatışmazlıqlar var”
19.01.2011 - 10:02
“Komandada müəyyən çatışmazlıqlar var”
“Birinci hissədə yaxşı oynadıq. Lakin xeyli qol epizodu yaratsaq da, bunlardan lazımi səviyyədə istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözlər futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio Da Silvaya məxsusdur.

Braziliyalı mütəxəssis Belarusla keçirdiyi II yoxlama oyunda 4:6 hesablı məğlubiyyətə münasibət bildirib: “Qol epizodlarından istifadə edə bilməməyimiz komandanın konsentrasiyasını pozdu. Hesabda geri düşdükdən sonra isə əvvəlki oyunumuzu bərpa edə bilmədik və məğlub olduq. Komandada müəyyən çatışmazlıqlar var və bunların üzərində işləməliyik”.

Mənbə: affa.az