Yığmamızın futbolçusu davaya düşdü
19.01.2011 - 10:54
Yığmamızın futbolçusu davaya düşdü
Azərbaycanlı futbolçu Vitali Kovalyov xoşagəlməz hadisənin iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, vaxtilə ölkəmizin gənclərdən ibarət yığmasının da şərəfini qorumuş 34 yaşlı qapıçı çıxış etdiyi Türkiyənin “Kartalspor”un matçında dava düşüb.

Türkiyəlilər Antalyada keçirilən təlim-məşq toplanışı çərçivəsində Qazaxıstanın “Taraz” klubu ilə görüşüblər ki, bu matç da sona çatdırılmayıb. Oyun boyu aqressivliyi ilə seçilən rəqiblər qarşılaşmanın 85-ci dəqiqəsində dava-dalaşa başlayıb. Nəticədə “Kartalspor” meydanı tərk edib.

Qeyd edək ki, oyun dayandırılan vaxt qazaxıstanlılar 1:0 hesabı ilə öndə olub.