“Qalatasaray” Sisseni Türkiyəyə gətirir
19.01.2011 - 12:03
“Qalatasaray” Sisseni Türkiyəyə gətirir
“Qalatasaray” klubu transfer edəcəyi növbəti futbolçunun adını açıqlayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “sarı-qırmızılılar” Yunanıstanın “Panatinaikos” komandasının hücumçusu Cibril Sissenin keçidini həll ediblər.

İstanbul klubu 29 yaşlı fransalı futbolçuya görə maliyyə böhranı içində çapalayan yunanlara 7 milyon avro ödəyib. Sisse isə yeni komandasında ilinə 2,5 milyon avro qazanacaq.

Qeyd edək ki, Cibril 2009-cu ildə Fransanın “Marsel” klubundan “Panatinaikos”a transfer olunmuşdu.