“Qalatasaray”da yeni antirekord
19.01.2011 - 14:17
“Qalatasaray”da yeni antirekord
“Qalatasaray” klubu yeni antirekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, bu son zamanlar azarkeişlərin etirazı ilə qarşılaşan İstanbul komandasının Türkiyə kubokunda “Antalyaspor” ilə görüşünə təsadüf edib.

Dünən baş tutan oyunda “Qalatasaray”ı dəstəkləmək üçün cəmi 33 tərəfdarı stadiona gəlib. Bu isə klubun tarixinə antirekord kimi düşüb.
Qeyd edək ki, “Antalyaspor” - “Qalatasaray” matçı 0:0 hesabı ilə başa çatsa da, Georgi Hacının yetirmələri növbəti mərhələyə vəsiqə qazanıblar.