“Neftçi” birini vurdu, birini buraxdı
19.01.2011 - 21:47
“Neftçi” birini vurdu, birini buraxdı
Bakının “Neftçi” klubu bu gün yoldaşlıq oyunu keçirir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında ilk sınağına çıxlr.

Arif Əsədov yetirmələrini qüvvəsini Rusiyanın aşağı dəstə təmsilçisi “OİK-Energiya” ilə matçda yoxlayır. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-də başlayıb.

Yoldaşlıq oyunu
Antalya (Türkiyə)
“NEFTÇİ” (AZƏRBAYCAN) – “OİK-ENERGİYA” (RUSİYA) - 1:1
QOLLAR: Ruslan Qurbanov 73 - Adrian, 77
Neftçi: Rauf Mehdiyev, Rail Məlikov, Denis Silva, İqor Mitreski, Ruslan Abışov, Elmar Baxşiyev, Slavço Georgievski, Mirhüseyn Seyidov, Ruslan Qurbanov, Cavid Hüseynov, Emil Mpenza.

Oyun başlandı.
Qarşılaşmanın əvvəlləri "Neftçi"nin üstünlüyü şəraitində keçir. “Ağ-qaralar” artıq künc zərbəsi yerinə yetirməyə də imkan tapıb.
"Neftçi" rəqibi əks-hücumda yaxalamaq imkanını əldən verdi.
Ruslan Qurbanovun başla zərbəsi təhlükəli alındı.
Emil Mpenza topu rəqib qapıdan keçirsə də, hakim ofsayd qərarını verdi.
İlk yarının sonlarında "SKA-Energiya"nın hücumu zamanı qapıçı Rauf Mehdiyev rəqibin zərbəsini dəf etdi.

Birinci hissə başa çatdı.
İkinci hissə başlandı.

Qapıçı Elçin Sadıqov, oyunçular Tərlan Quliyev, Ruslan Əmircanov, Cavid İmamverdiyev və baxışda olan Hima Yasin ikinci hissədə meydana çıxıblar. Onlar Rauf Mehdiyev, Rail Məlikov, Ruslan Abışov, Elmar Baxşıyev və Mirhüseyn Seyidovun əvəzinə meydana çıxıblar.
Denis Silva zədələnərək, meydanı tərk edir.
Qoool! "Neftçi" hesabı açdı. Ruslan Qurbanov 73-cü dəqiqədə komandasını hesabda irəli çıxardı - 1:0.
Cavid Hüseynovun əvəzinə meydana Eltun Yaqublu daxil oldu.
77-ci dəqiqədə rusiyalı futbolçular cərimə zərbəsindən hesabı bərabərləşdirdilər - 1:1.

80-ci dəqiqədə "Neftçi" hesabda yenə önə çıxa bilərdi. Amma rəqib qapıçı Tərlan Quliyevin zərbəsindən sonra qola imkan vermədi.
82-ci dəqiqədə Emil Mpenza qapıçı ilə təkbətək çıxsa da, onu keçə bilmədi.