“Xəzər Lənkəran”a qalib gəlsək, yaxşı olacaq” - MÜSAHİBƏ
20.01.2011 - 00:03
Bakının “Neftçi” klubunun kapitanı Rail Məlikovun apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Kapitan Antalyada 10 günlük ilk hazırlıq mərhələsini necə dəyərləndirərdi?
- Bu, hələ ilk təlim-məşq toplanışıdır. İndiki hazırlıq yaxşı keçdi və onu 10 ballıq şkala ilə 8 balla dəyərləndirərdim. Düzdür, komandada demək olar hamı xəstələndi (gülür). Ancaq buna baxmayaraq, futbolçular özündə güc, iradə taparaq, məşqləri boş buraxmadılar, bütün çalışmaları yerinə yetirdilər. Bu toplanışının bizə xeyri dəydi və inşallah, Antalyadakı ikinci toplanış da öz sözünü deməlidir.
- Xəstəlik nə ilə bağlıdır?
- Virus düşüb (gülür).
- Nə virusdur?
- Nə bilim, 8-9 futbolçu birdən xəstələnib.
- Adətən komandalarda belə şey nədən olur?
- Bu, bir nəfərə düşür və hamıya yayılır. Bizdə də belə oldu. Həkimlərimizin köməyi ilə xəstəliyin qarşısı alınır.
- Yorğunluq varmı?
- Əlbəttə ki. Məşqlər çox ağır keçdiyindən, dözmək çətin oldu.
- Zədədən sonra vəziyyətiniz necədir?
- Deməzdim ki, tam sağalmışam. Hardasa 80-90 faiz.
- Hansı vəziyyətdə ağrıları hiss edirsiniz?
- Ağrı çox güc düşəndə, axşamlar olur. Həkimlərimiz sağ olsunlar, kömək edirlər.
- Kapitan kimi necə düşünürsünüz, komandada hansı mövqelərin güclənməsinə ehtiyac var?
- Bu haqda fikirləşməmişəm. Hər mövqeyə yaxşı futbolçularımız var və ciddi dəyişikliklərə lüzum görmürəm. Hansıların güclənməsinin ehtiyac olduğunu baş məşqçi, rəhbərlik bilər.
- Türkiyəli yeni məşqçiniz Mehmet Ak haqda nə deyə bilərsiniz? Onun məşqlərində diqqətinizi nə cəlb etdi?
- Akı “Qarabağ”da işlədiyi vaxtdan hamımız tanıyırıq. Diqqətimi cəlb edən işini bilməsi, peşəkar olması və məşqlərinin ağır keçməsidir.
- Onun əvvəlki fiziki çalışdırıcınız, italiyalı Covanni Melkiorre ilə fərqi nədir? Hansının məşqləri daha ağırdır?
- Melkiorre ilə Akın məşqləri bir-birindən tam fərqlənir. Türkiyəlinin məşqlərində qaçış, güc çoxdur. Hərənin öz məşq üslubu var.
- Qabaqda çətin oyunlarınız gəlir. Çempionluq şanslarınızı necə dəyərləndirərdiniz?
- Mən ilk gündən demişəm ki, bütün təlim-məşq toplanışında “Xəzər Lənkəran”la oyun haqda fikirləşirik. İlk oyunu necə bitirsək, çempionatda arxası elə gedəcək. “Xəzər Lənkəran”la görüşü final oyunu kimi dəyərləndirirəm. İnşallah, bu oyunda qalib gəlsək, arxası yaxşı olacaq.
- Heyətində böyük dəyişiklər edən “Xəzər Lənkəran” yoxlama oyunlarının hər ikisində uduzub. Düzdür, yoxlama oyunları ilə qiymət vermək olmasa, hər halda, nəticələr adladıcı ola bilərmi?
- Yox. Bildiyiniz kimi, bu toplanışdakı yoxlama oyunlarına önəm vermək olmaz. Çünki “Xəzər Lənkəran” gətirdiyi yeni futbolçuları sınayır. Onların bəhrəsini çempionatda görəcəklər. Biz rəqiblərimizin oyunlarına önəm vermirik. İşimizi peşəkar görməyə əhəmiyyət veririk.
- Komandanızda zədəli futbolçular yetərincədir. Bunlar çempionata hazırlığınıza təsir göstərə bilərmi?
- Yox. Yəqin ki, Flavinyo ilə Rəşad Abdullayev çempionatın startına qədər hazır olarlar. Biz buna inanırıq. Alessandro Vyana da Silva ilə Paulius Qribauskası əvəzləyən futbolçular tapılır. Düzdür, Alessandronun olmamağı da müdafiə xəttində bizim üçün itkidir. Paulisin olmamağını isə itki saymıram. Çünki bizdə qapıda Rauf Mehdiyev var. O, yenə sübut etdi ki, hazırda 1 nömrəli qapıçıdır. Mən hətta deyərdim ki, Rauf indi Azərbaycanda ən güclü qapıçıdır. Mehdiyev son 6 oyunda ustalıq səviyyəsini göstərdi.
`Mehman SÜLEYMANOV

0
0