Rail Məlikov: Yığmadan sürpriz gözləmək olar
20.01.2011 - 00:20
“Bizim Antalyadakı ikinci təlim-məşq toplanışında komandada olmamağımız çempionata təsir göstərə bilər. Bilirik ki, bütün yoxlama oyunlarını ikinci təlim-məşq toplanışında keçiririk”. Bu fikirləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında Bakının “Neftçi” klubunun kapitanı Rail Məlikov deyib.
Milli komandamızın üzvü olan Rail “Neftçi”də birgə oynadığı həmkarı Ruslan Abışov və yarımmüdafiəçi Cavid Hüseynovla birgə yanvarın 27-dən fevralın 10-dək Dubaydakı təlim-məşq toplanışına çağırılıb. Bu üzdən onlar “ağ-qaralar”ın yanvarın 24-də Antalyada başlayacaq 2-ci hazırlıq mərhələsində çox az iştirak edəcəklər. Yanvarın 27-də komanda yoldaşları ilə birgə Türkiyədən Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq Məlikov “Neftçi”dən ayrı düşmələrinin təsirindən danışıb: “Müdafiə xəttimizdə iki aparıcı futbolçunun olmamağı anlaşmaya təsir edib, “Xəzər Lənkəran”la oyunda öz sözünü deyə bilər. Həmin görüşə 3 gün qalmış kluba qayıtdığımızı bilirik. Bu, məşq, fiziki yox, taktiki baxımdan öz sözünü deyə bilər ki, nəticədə komandaya uyğunlaşa bilmərik”.
Millimiz bu il Avro-2012-nin seçmə mərhələsində çox oyunlarını evdə keçirəcək. Maraqlıdır, yığmamızın əsas futbolçularından olan Rail bu il yığmadan nə gözləyir? “Bu sualınıza yığmanın ilk təlim-məşq toplanışından sonra cavab verə bilərəm. Mən demişəm ki, evdəki bütün oyunlarımızda sürpriz gözləmək olar. Çünki evdə azarkeşin köməyi bizə çox dəyir, nəinki səfərdə. Hər yığma komanda öz ölkəsində güclüdür. Biz necə, onlar da elə. Əlbəttə, səfərdə böyük kütlə qarşısına çıxanda azarkeşin təzyiqi özünü göstərir. Kim deyir ki, göstərmir, boş söhbətdir. Azarkeş 12-ci oyunçudur”.
Mehman SÜLEYMANOV

0
0