“İnter” yarımfinalda “Zenit”lə qarşılaşacaq
19.01.2011 - 19:02
“Birlik kuboku”nda daha bir 1/4 final oyunu başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “İnter”in rəqibinin müəyyənləşdiyi görüşdə Rusiyanın “Zenit” və Finlandiyanın HİK komandaları üz-üzə gəliblər.
Bu matçda 2:1 hesabı ilə qalib gələn Rusiya təmsilçisi Kaxaber Sxadadzenin yetirmələrinin rəqibi olublar. Komandalar arasında yarımfinal görüşü yanvarın 21-də, Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.
Qeyd edək ki, “İnter” 1/2 finala Ermənistanın “Mika” klubuna 4:0 hesabı ilə qalib gəlməklə vəsiqə qazanıb.

0
0