Anatoli Davıdov: Əsas vəzifəmiz “Birlik kuboku”nu qazanmaq deyil
20.01.2011 - 15:40
“Azərbaycan çempionu yaxşı, emosional komandadır. Onları bütün matçlarda qələbəyə ruhlandıran kifayət qədər azarkeşləri də var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Zenit” klubunun əvəzedicilərinin baş məşqçisi Anatoli Davıdov deyib.
Rusiyalı mütəxəssis bildirib ki, “Birlik kuboku”un yarımfinalında onları Bakının “İnter” klubu ilə maraqlı və çətin oyun gözləyir: “Biz turnirdə uğurlu çıxışımızı davam etdirmək istəyirik. Futbolçularım da buna kökləniblər.
İnanıram ki, yarımfinal matçında “İnter”lə oyun çox maraqlı olacaq. Biz 2008-ci ildə də “Birlik kuboku”nda mübarizə aparmışdıq. Həmin vaxt yetirmələrimin gücünə yaxından bələd deyildim. Bunun üçün 1/4 finalda uduzduq. Bu il artıq mən onların imkanlarını daha yaxşı bilirəm. Məşqçi kimi onlarla necə davranmağın da yolunu tapmışam. Buna görə də biz daha inamlı çıxış edirik. Əlbəttə, haradasa “Birlik kuboku”nu qazanmaq istəyirik. Lakin bu heç də əsas vəzifəmiz deyil. Yetirmələrimin futbol həyatı hələ indi başlayır. Buna görə ilk növbədə bizə həvəsli və baxımlı oyun lazımdır”.
Qeyd edək ki, Azərbaycan və Rusiya çempionları sabah münasibətlərinə aydınlıq gətirəcəklər.

0
0