“Xəzər Lənkəran”a Qanadan hücumçu gəldi
21.01.2011 - 00:03
“Xəzər Lənkəran”a Qanadan hücumçu gəldi
Premyer Liqaya Türkiyədə hazırlaşan “Xəzər Lənkəran”ın düşərgəsinə daha bir futbolçu gəlib. Apasport.az saytının xəbərinə görə, dünən axşam “ağ-yaşıllar”ın məskunlaşdığı “Gloria Serenity” otelinə gələn İbrahim Banqura hücumçudur.

Qanalı futbolçunun son klubu Türkiyə Bank Asiya I Liqasında mübarizə aparan “Konyaspor” olub. Banqura ötən ilin dekabrında Konya təmsilçisinin baş məşqçisi Ziya Doğanın istəyilə transferə çıxarılıb.

Onun cənub təmsilçisində qalıb-qalmayacağı yaxın günlərdə bəlli olacaq.